"Qarabağ" "Kopenhagen"lə oyunda qələbəyə layiq idi.
“İki sahil” xəbər verir ki, bunu Danimarkanın "Kopenhagen" komandasının baş məşqçisi Yakob Neestrup mətbuat konfransında deyib.
Mütəxəssis Bakıda "Qarabağ"a uduzduqları (0:2) UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Rəqibin güclü olduğunu bilirdik. Birinci hissədə onlar mükəmməl oynadılar. İkinci yarıda çox dəyişiklik etdik. Aktiv oyun sərgilədik. İmkanları dəyərləndirə bilmədik. "Qarabağ" qələbəyə layiq idi".
O, bütün rəqiblərə hörmət etdiklərini söyləyib: "Qarabağ" təcrübəli kollektivdir. Mükəmməl oyunçuları var. Baş məşqçiləri Qurban Qurbanovu da xüsusi qeyd etməliyəm".
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib