AMADA-nın təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov tərəfindən Azərbaycan Kamandan Oxatma Federasiyasında keçirilən təlimdə iştirakçılara antidopinq sahəsinin əsas istiqamətləri barədə geniş məlumat təqdim edilib. Təlim çərçivəsində dopinq nəzarəti prosesi, idmançıların hüquq və öhdəlikləri, həmçinin antidopinq qaydalarının pozuntuları və onların doğura biləcəyi hüquqi nəticələr ətraflı izah olunub.
Seminar zamanı dopinq vasitələrindən istifadənin insan sağlamlığı üçün yarada biləcəyi ciddi təhlükələr, eləcə də idmançıların peşəkar fəaliyyətinə və gələcək karyerasına mənfi təsirləri diqqətə çatdırılıb. Təlimdə təmiz idman prinsiplərinə riayət olunmasının və ədalətli rəqabət mühitinin qorunmasının vacibliyi bir daha xüsusi vurğulanıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq