Qarabağ regionu üzrə turizm bələdçilərinin hazırlanması, sertifikatlaşdırılması və Qarabağ bölgəsi üzrə onlayn turizm bələdçisi şərh kitablarının tərtib edilməsi işlərinə başlanılır.
Eyni zamanda Bakı- Abşeron regionunda və ümumilikdə turizm bələdçiliyinin keyfiyyətinin yüksəldilməsi məqsədilə çindilli bələdçilərin hazırlanması və sertifikatlaşdırılması xidmətləri də aparılacaq.
Belə ki, Dövlət Turizm Agentliyi artıq bununla bağlı müvafiq işlərə start verib.
Agentlik sözügedən işlərin icrasını Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası İctimai Birliyinə həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, ictimai birliyə 118 min manat ödənilib.
Trend
Zemfira Meftahətdinova "İdman veteranları" İctimai Birliyinin prezidenti seçilib
Avropa çempionatı: Azərbaycanın iki boksçusu finala, biri yarımfinala yüksəlib