İspaniyanın "Barselona" klubunun sabiq prezidenti Xosep Bartomeu saxtakarlıqda ittiham olunur.
“İki sahil” "El Mundo" nəşrinə istinadən xəbər verir ki, şəhər məhkəməsi funksioneri ifadə vermək üçün çağırıb.
İstintaq Kataloniya təmsilçisinin hazırkı prezidenti Xuan Laportanın bəyanatından sonra başlayıb. Kluba dəyən ziyan 30 milyon avro qiymətləndirilir.
İddialara görə, 2019-cu ildə "Zenit"ə satılan Malkom və eyni ildə "Atletiko"dan heyətə cəl olunan Antuan Qrizmannın transferi zamanı saxtakarlıq edilib.
Teymur Rəcəbov: Avropa çempionatında gümüş medal milli komandamız üçün mütləq uğurdur
Zemfira Meftahətdinova "İdman veteranları" İctimai Birliyinin prezidenti seçilib