UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçının hakim təyinatları açıqlanıb.
“İki sahil” xəbər verir ki, qarşılaşmanı əslən türk olan niderlandlı Serdar Gözübüyük idarə edəcək.
Ona Ervin Zeinstra və Patrik İnia kömək edəcək. 4-cü hakim isə Yannik Van Der Laan olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib