UEFA Gənclər Liqasının əsas mərhələsinin II turunda Bakıda “Qarabağ”la Danimarkanın “Kopenhagen” komandası arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.
“İki sahil” xəbər verir ki, qarşılaşma Belarusdan olan hakimlər briqadasına tapşırılıb.
Matçın baş hakimi Amin Kurqxeli olacaq. Ona yan xətt hakimləri Yuri Xomçanka və Viktor Qeçikov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yetirəcək.
Qeyd edək ki, oyun sentyabrın 30-da “Azersun Arena”da keçiriləcək.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib