UEFA İspaniyanın "Atletiko" klubunun baş məşqçisi Dieqo Simeoneyə qarşı intizam işi açıb.
“İki sahil” xəbər verir ki, buna argentinalı mütəxəssisin Çempionlar Liqasının I turunda "Liverpul"la matçda azarkeşlə mübahisə etməsi səbəb olub.
Matçın sonlarında Simeone ingilis azarkeşə qarşı nalayiq jesti ilə diqqət çəkib və onunla mübahisə edib. Nəticədə qırmızı vərəqə ilə cəzalanan mütəxəssis ehtiyat oyunçular skamiyasından qovulub. O, bu davranışını azarkeşlərin təxribatları ilə əlaqələndirib.
Qeyd edək ki, qarşılaşma "Liverpul"un 3:2 hesablı qələbəsi ilə bitib.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib