Bu gün Misli Premyer Liqasının 5-ci turunda "Qarabağ" "Araz-Naxçıvan"la qarşılaşıb.
“İki sahil”in məlumatına görə, yarışın 4-cü dəqiqəsində Toral Bayramov hesabı açıb. O, 27-ci dəqiqədə Slavik Alxasovun qırmızı vərəqə aldığı oyunun 28-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirərək özünün və “Qarabağın ikinci qolunun müəllifi olub. 53-cü dəqiqədə isə Musa Qurbanlı topu “Araz-Naxçıvan”ın qapısından keçirib – 0-3.
Qarşılaşmanın 65-ci dəqiqəsində növbəti dəfə penaltini dəqiq yerinə yetirən Toral Bayramov ağdamlıların üstünlüyünü 4 topa yüksəldib. Yarışda son nöqtəni 85-ci dəqiqədə Kris Kuaku qoyub – 0-5.
Misli Premyer Liqası,
5-ci tur
21 sentyabr
17:00. “Araz-Naxçıvan” 0–5 “Qarabağ”
Qollar: Toral Bayramov, 4 (0-1), Toral Bayramov, 28 – pen; (0-2) Musa Qurbanlı, 53 (0-3), Toral Bayramov, 65 (0-4), Kris Kuaku, 85 (0-5)
Qırmızı vərəqə: Slavik Alxasov, 27 ("Araz-Naxçıvan")
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Kamran Əliyev
“Liv Bona Dea Arena”
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib