Hər fürsətdə irəliləmək üçün çalışdım. Bəzi məqamlarda riskə gedə bilərdim, amma düzgün qərar verib, mövqeyimi qorumağa üstünlük verdim.
“İki sahil” xəbər verir ki, bu sözləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışında ikinci olan “Mersedes” komandasının üzvü Corc Rassell deyib.
O, bu nəticənin dünya çempionatında xal qazanmaq baxımından çox əhəmiyyətli olduğunu deyib: “Hədəf həmişə birinci yerdir, amma bugünkü çıxışımdan razı qaldım. Növbəti yarışda qələbə qazanmaq üçün bütün gücümüzü ortaya qoyacağıq”.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib