Portuqaliyanın “Benfika” klubu baş məşqçi postuna Joze Mourinyonu gətirib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, onunla danışıqlar müsbət yekunlaşıb.
Qeyd edək ki, “Benfika” Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Qarabağ”a 2:3 hesablı məğlubiyyətdən sonra baş məşqçi Brunu Lajeni istefaya göndərmişdi.
Xatırladaq ki, Mourinyo da “Benfika”ya Çempionlar Liqasının pley-off mərhələsindəki məğlubiyyətdən sonra “Fənərbaxça”dan göndərilmişdi.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib