18 sentyabr 2025 12:03
69

Bakıda "Olimpiya günü" keçirilib

Bakıda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 131-ci ildönümünə həsr olunmuş "Olimpiya günü" tədbiri keçirilib. 

“İki sahil” xəbər verir ki, Milli Olimpiya Komitəsinin (MOK), Elm və Təhsil nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, TƏBİB-in, Bakı Şəhər Baş Polis İdarəsinin, Parkın əməkdaşlarının, Azərbaycan Kəndirlə Mübarizə və Atletika Federasiyalarının dəstəyi ilə təşkil olunan mərasimdə MOK-un və qeyd edilən qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Açılışdan sonra EYOF 2025-in qalibləri təqdim olunub. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib, qaliblərə təbriklərini çatdırıb.

Tədbir çərçivəsində estafet qaçışı və kəndir dartma yarışları da keçirilib. Qaliblərə kubok və medalları MOK-un vitse-prezidentləri Fərid Mansurov və Zemfira Meftahətdinova təqdim ediblər.

Sonda xatirə fotosu çəkdirilib və tədbir bədii hissə ilə davam edib..

Qeyd edək ki, tədbir olimpiya hərəkatı çərçivəsində təşkil olunub.