Portuqaliyanın "Benfika" klubu "Qarabağ"a uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunundan sonra baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin prezidenti Ruy Koşta açıqlama verib.
O, bunun üçün təəssüfləndiyini bildirib.
Funksioner həftəsonunadək yeni baş məşqçinin təyin ediləcəyini sözlərinə əlavə edib. Qeyd edək ki, "Qarabağ" səfərdə rəqibini 3:2 hesabı ilə üstələyib.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib