15 sentyabr 2025 23:10
98

Daha bir güləşçimiz dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan güləşçisi Osman Nurmaqomedov (92 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.

“İki sahil” xəbər verir ki, üçüncü yarış günündə o, bürünc medal uğrunda görüşdə gürcüstanlı Miriani Maysuradzeylə üz-üzə gəlib.

Görüş boyunca üstün tərəf olan təmsilçimiz 5:1 hesablı qələbəylə dünya üçüncüsü olub. Bununla da güləşçimiz analoji yarışlarda 4-cü medalını qazanıb.

Cəbrayıl Hacıyev (79 kq) təsəlliverici görüşdə yaponiyalı Ryunosuke Kamiyaya 5:3 hesabıyla qalib gəlib. Debütant bürünc medal uğrunda qarşılaşmada isə iranlı Mohammad Noxodilarimiyə (2:4) məğlub olaraq, dünya çempionatını 5-ci yerdə başa vurub.

Beləliklə, millimizin cari mundialda qazandığı medalların sayı 4-ə çatıb.

Xatırladaq ki, ötən gün Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Arseniy Djioyev (86 kq) isə bürünc medala sahib çıxıb.