Sentyabrın 23-dən etibarən Qazaxıstanda “Kayrat” klubunun Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Real”a qarşı keçirəcəyi matçın biletləri satışa çıxarılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstanın futbol klubunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, biletlərin satışı ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Belə ki, bir şəxsə ikidən artıq bilet satılmayacaq.
Bilet almaq istəyən şəxslər pasport məlumatlarını və ya fərdi identifikasiya nömrəsini təqdim etməli olacaqlar. Həmin məlumatlar stadionun girişində yoxlanacaq.
Bundan əvvəl, Qazaxıstan polisi sözügedən matç üçün biletlərin satışı zamanı dələduzluq hallarının artacağı riski ilə bağlı xəbərdar etmişdi.
Qeyd edək ki, matç sentyabrın 30-da 23,8 min nəfər tutumu olan Mərkəzi stadionda keçiriləcək.