Türkiyə Super Liqasında "Eyüpspor"u 2:0 hesabı ilə məğlub edən "Qalatasaray" UEFA Çempionlar Liqası çərçivəsində səfərdə "Ayntraxt Frankfurt"la matçın hazırlıqlarını davam etdirir.

“İki sahil” Türkiyənin "Sabah" nəşrinə istinadla xəbər verir ki, qarşılaşmadan əvvəl sarı-qırmızıların qabonlu yarımmüdafiəçi Mario Lemina ilə bağlı sürpriz hadisə yaşanıb. Afrika mediası "Cim-Bom"un Leminanın müqaviləsini daha bir il uzatmaq üçün danışıqlara başladığını yazıb.
1,5+1 illik müqavilə imzalanan qabonlu futbolçu ilə daha bir illik müqavilə imzalanması gözlənilir. Xəbərdə təcrübəli yarımmüdafiəçinin hazırkı məvacibinin artırılacağı da bildirilib.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib