Çempionlar Liqasına yaxşı start vermək istəyirik.
“İki sahil” xəbər verir ki, bu sözləri Portuqaliyanın “Benfika” komandasının furtbolçusu Vangelis Pavlidis UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, həmişə olduğu kimi hücum futbolu oynayacaqlarını bildirib: “Qalib gəlmək və üç xal qazanmaq ən vacib şeydir”.
Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək "Benfika" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.