Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının “Qızıl buts”unu alıb.
“İki sahil” xəbər verir ki, “Əl-Nəsr” – “Əl-Xolud” (2:0) matçından əvvəl portuqaliyalı futbolçuya ötən mövsüm Səudiyyə Pro-Liqasının ən yaxşı bombardiri kimi mükafat təqdim olunub.
K.Ronaldo 2024/25 mövsümündə keçirdiyi 30 oyunda 25 qol vurub.
Qeyd edək ki, hücumçu ardıcıl ikinci mövsümdür, Səudiyyə Ərəbistanı çempionatının ən yaxşı bombardiri olur.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib