Həndbol üzrə Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkü atılıb.
“İki sahil” Həndbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə 6 qadın ("Azəryol", "Bakı", "İdman Akademiyası", "Kür", "Qarabağ", "Təhsil") və eyni sayda kişi ("Azəryol", "Bakı", "Dinamo", "Kür", "Qarabağ", "Təhsil") komandaların qatılacağı yarışa 1/4 finaldan start veriləcək.
Bu mərhələdə kişilərin yarışında "Qarabağ" "Azəryol"la, "Təhsil" "Dinamo" ilə üz-üzə gələcək. Qadınların mübarizəsində isə "Təhsil" - "Qarabağ" və "İdman Akademiyası" - "Bakı" matçları keçiriləcək.
Qeyd edək ki, ötən mövsümün finalçıları turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıblar.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib