"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Çelsi" heyətini hücumçu ilə gücləndirib.
“İki sahil” xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Fransanın "Strasburq" klubundan Emanuel Emeqa ilə müqavilə imzalanıb. 22 yaşlı niderlandlı futbolçunun "Çelsi"yə 2026-cı ildə qoşulacağı bildirilib. O, ötən mövsüm I Liqada meydana çıxdığı 27 oyunda 14 qola və 3 məhsuldar ötürməyə imza atıb.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının IV turunda "Çelsi" ilə Bakıda üz-üzə gələcək. Qarşılaşma noyabrın 4-də keçiriləcək.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib