Norveç millisinin hücumçusu Erling Haaland DÇ-2026-nın seçmə mərhələsinin qrup mərhələsinin 6-cı turunda tarixi nəticəyə imza atıb.
“İki sahil” xəbər verir ki, o, Moldova millisinə qarşı keçirilən oyunda (11:1) pentatrik edib - 5 qol vurub.
Beləliklə, 25 yaşlı futbolçu XXI əsrdə dünya çempionatının seçmə oyununda beş qol vuran ilk futbolçu olub. FIFA-nın mətbuat xidməti xəbər verir ki, bu, həm də 1977-ci ildən bəri seçmə oyunlarda vurulan ilk pentatrikdir. 48 il əvvəl Avstriya millisinin futbolçusu Hans Krankl Malta ilə oyunda beş qol vurmuşdu.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib