Kişi basketbolçular arasında Avropa çempionatında ilk yarımfinalçılar bəlli olub.
“İki sahil” xəbər verir ki, 1/4 final mərhələsində Polşa yığmasına hesabı 91:77 hesabı ilə qalib gələn Türkiyə millisi adını növbəti raunda yazdırıb.
1/4 final mərhələsinin bu gün keçiriləcək digər oyununda Litva Yunanıstanla üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, yarımfinal matçları sentyabrın 12-də təşkil olunacaq. Avropa çempionunu müəyyənləşdirəcək final və üçüncülük görüşləri sentyabrın 14-də baş tutacaq.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib