Danimarkanın paytaxtı Kopenhagendə basketbolun 3x3 növü üzrə Avropa Kubokuna yekun vurulub.
“İki sahil” xəbər verir ki, turnirdə iştirak edən qadınlardan ibarət Azərbaycan millisi final oyununda son dünya çempionu olan Niderland yığması ilə qarşılaşıb.
Rəqibinə 16:21 hesabı ilə məğlub olan komandamız gümüş medal qazanıb.
Azərbaycan millisi qrup mərhələsində Fransa (21:16) və Ukraynaya (21:14), 1/4 finalda Polşaya (16:13), yarımfinalda isə İspaniyaya (21:17) qalib gəlmişdi.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib