Fransanın PSJ klubunun iki aparıcı futbolçusu sıradan çıxıb.
“İki sahil” Paris təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Dezire Due və Usman Dembele Fransa yığmasının heyətində zədələniblər.
Oyunçular Ukraynaya qalib gəldikləri (2:0) DÇ-2026-nın seçmə mərhələsinin matçında xəsarət alıblar.
Due dörd, Dembele altı həftə yaşıl meydanlardan kənarda qalacaq.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib