Bu gün "Sabah"da rəhbər vəzifəyə yeni təyinat gerçəkləşib.
“İki sahil” Sportinfo.az-a istinadən xəbər verir ki, klubun futbol akademiyasının baş koordinatoru postuna Georgi Minaşvili gətirilib.
Gürcüstanlı mütəxəssislə artıq rəsmi müqavilə imzalanıb. O, son olaraq Tbilisi "Dinamo"sunun futbol məktəbinə başçılıq edib.
Minaşvili bu postda Adino Mustedanaqiçi əvəzləyib. Bir neçə ildir Masazır təmsilçisində fəaliyyət göstərən xorvatiyalı artıq sırf məşqçi kimi işləyəcək.
Balkanlı mütəxəssis U-19 və əvəzedici komandaların sükanı arxasında dayanacaq.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib