02 sentyabr 2025 15:34
222

Çinin ixracatı robot əməyi sayəsində artır

Çin şirkətləri robotları istehsala fəal şəkildə tətbiq edirlər.

“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb. 

Bildirilir ki, bu, insan əməyinin əmək haqqının artması kontekstində malların qiymətlərini aşağı saxlamağa və ixracı artırmağa kömək edir.

Beynəlxalq Robototexnika Federasiyasının məlumatına görə, yerli fabriklər hər il təxminən 280.000 yeni robotla təchiz edilir. Və bunun müsbət təsirləri daha çox əmək tutumlu sənaye sahələrində nəzərə çarpır.

Məsələn, Harvard Growth Lab-ın məlumatına görə, 2019-2023-cü illərdə Çin qlobal mebel ixracaındakı payını 1,5 faiz bəndi, qlobal oyuncaq ixracatında isə 2,5 faiz bəndi artırıb.