11 sentyabr 2025 10:00
114

Şahzadə Harrinin Fondu Ukrayna və Qəzza uşaqlarına 500 min dollar ianə edəcək

Şahzadə Harri Fondu Ukrayna və Qəzza zolağında uşaqlara protezlərin hazırlanması və digər yardımların göstərilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı da daxil olmaqla müxtəlif layihələrə 500 min dollar ianə edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə fondun rəsmi nümayəndəsi məlumat verib.

"Heç bir təşkilat bu problemi təkbaşına həll edə bilməz", - şahzadə Harri bildirib.

Qlobal statistika göstərir ki, uşaqlar partlayışlar zamanı aldığı xəsarətlərdən ölüm riskinə görə böyüklərə nisbətən 7 dəfə daha həssasdırlar.