11 sentyabr 2025 15:43
115

AK G7 kredit proqramı çərçivəsində Ukraynaya 1 milyard avro məbləğində səkkizinci tranşı ayırıb

Avropa Komissiyası (AK) Ukraynaya 1 milyard avro məbləğində müstəsna makromaliyyə yardımının (MFY) səkkizinci tranşını ayırıb.

“İki sahil” bu barədə Avropa Komissiyasına istinadən xəbər verir.

Ümumilikdə, makromaliyyə yardımının həcmi 18,1 milyard avro təşkil edir.

AK-da qeyd ediblər ki, dünən Komissiyanın prezidenti Ursula fon der Lyayen parlamentə müraciətində komissiya ERA təşəbbüsü çərçivəsində 6 milyard avronun ayrılmasını sürətləndirəcəyini bildirib ki, bu da Avropa İttifaqına (Aİ) bu payızda hərbi xərclərin zəruri artımını dəstəkləməyə imkan verəcək.

G7 tərəfdaşlarından ERA kreditləri, həmçinin Aİ-dən MFY krediti Aİ-də olan dondurulmuş Rusiya dövlət aktivlərindən əldə edilən vəsaitlər hesabına ödənilir.

AK Ukraynaya 1 milyard avro məbləğində makromaliyyə yardımının səkkizinci tranşını ayırıb. Aİ-nin Ukraynaya ümumi dəstəyi 170 milyard avronu keçib və vəsaitlər dondurulmuş Rusiya aktivləri hesabına daxil olur.