11 sentyabr 2025 11:07
106

Yaşar Gülər Vyetnam Prezidenti ilə ikitərəfli əlaqələri müzakirə edib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Vyetnamın müdafiə naziri Phan Van Giangın rəsmi dəvəti ilə bu ölkədə səfərdədir.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Y.Gülər paytaxt Hanoyda hərbi mərasimlə qarşılanıb. Daha sonra tərəflərin nümayəndə heyətləri arasında görüş keçirilib.

Səfər çərçivəsində nazir, həmçinin Vyetnam Prezidenti Luonq Kuonq tərəfindən qəbul edilib. İkitərəfli əlaqələrin müzakirə olunduğu görüşdə Y.Gülər qarşı tərəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırıb.