11 sentyabr 2025 09:09
117

94 yaşını paraşütlə tullanaraq qeyd etdi

Avstraliyanın Kvinslend əyalətində yaşayan Betti Qreqori 94 yaşını qeyri-adi şəkildə - 3 600 metr yüksəklikdən paraşütlə tullanaraq qeyd edib. Bununla da qadın artıq beşinci dəfə paraşütlə tullanıb.

“İki sahil” xəbər verir ki, bu barədə ABC.net.au məlumat yayıb.

Məlumata görə, Betti Qreqorinin paraşütlə tullanmaq həvəsi hələ 1940-cı illərdə, Böyük Britaniya Kral Hərbi Hava Qüvvələri Qadın Korpusunda aerofotoqraf kimi xidmət etdiyi dövrdə yaransa da, o dövrdə qadınlara belə imkan verilməyib.

Betti Qreqori bu istəyini yalnız 1970-ci ildə reallaşdıra bilib. O vaxtdan bəri Betti Qreqori dörd doğum gününü paraşütlə tullanaraq qeyd edib.