01 sentyabr 2025 13:30
200

Bu universitetdə süni intellekt fakültəsi yaradılıb

Lomonosov adına Moskva Dövlət Universitetində süni intellekt (AI) fakültəsi yaradılıb.

“İki sahil” xəbər verir ki, bu barədə rektor Viktor Sadovniçi TASS-a bildirib.

Onun sözlərinə görə, hələlik bu il üçün qəbul yoxdur, 2026-cı ildə başlayacaq.

Universitetdə əvvəllər Süni İntellekt Araşdırma Mərkəzi və Süni İntellekt İnstitutu, həmçinin İntellekt Fondu açılıb. MDU-nun mətbuat xidmətindən agentliyə verilən məlumata görə, yeni fakültə “bütün bu elementləri vahid sistemə inteqrasiya etməyə” imkan verəcək və AI sahəsi üçün kadrların hərtərəfli hazırlığını təmin edəcək.