04 sentyabr 2025 10:07
121

Argentinada 5,8 maqnitudalı zəlzələ baş verib

Argentinada 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, təbii fəlakətin episentri Salta şəhərindən 183 km qərbdə yerləşib. Yerli təkanların ocağı 192 km dərinlikdə olub.

Yaralananlar və dağıntılar barədə məlumat yoxdur.