04 sentyabr 2025 14:18
103

"KazTAG": Qazaxıstan XİN başçısının saxlanılması barədə məlumat həqiqətə uyğun deyil

Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleunun saxlanılması barədə məlumat həqiqətə uyğun deyil.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstanın "KazTAG" nəşri məlumatlı mənbəyə istinadən bildirir.

"Nurtleunun saxlanılması barədə məlumat həqiqətə uyğun deyil, bu, feyk xəbərdir", - mənbə qeyd edib.

Qeyd edək ki, daha əvvəl bir sıra KİV-lər Milli Təhlükəsizlik Komitəsi tərəfindən guya Nurtleu və bir sıra digər şəxslərin saxlanılması barədə məlumat yaymışdı.