04 sentyabr 2025 10:46
115

ABŞ-dan olan nümayəndələr Zəngəzur dəhlizinin detallarını müzakirə üçün Ermənistana gedəcəklər

Növbəti həftə ABŞ-ın müxtəlif dairələrindən olan nümayəndələr "Tramp Marşrutu" (TRIPP, Zəngəzur dəhlizi) layihəsini müzakirə etmək üçün Ermənistana səfər edəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə erməni qəzeti "Joqovurd" mənbələrə istinadən yazır.

Qəzetin məlumatına görə, amerikalı nümayəndələr dəhlizin təkcə texniki deyil, həm də siyasi detallarını müzakirə edəcəklər. Həmçinin layihəyə investisiya həcmi, prioritetlər və tikinti işlərinə başlama müddətləri mövzusuna da toxunulacaq.

"Hazırda rəsmi mənbələr səfərin detalları və gündəliyi barədə məlumat vermirlər. Lakin müzakirələr qapalı formatda keçiriləcək, qəbul edilən qərarlar isə regionda yeni logistik reallığın formalaşması ilə birbaşa bağlı olacaq", - məlumatda bildirilib.