15 iyul 2025 12:14
114

"Spiegel": Avropa Trampın Rusiya ilə bağlı bəyanatından məyus oldu

Almaniyanın "Spiegel" jurnalı yazır ki, avropalı siyasətçilər ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı tədbirlərlə bağlı bəyanatından məyus olublar.

“İki sahil” nəşrə istinadla xəbər verir ki, Avropa rəsmiləri ABŞ-dan daha əhəmiyyətli addımlar gözləyirdilər, lakin nəticələr gözləntilərdən aşağı olub.

Xüsusi narazılığa Trampın Ukraynada sülh prosesində irəliləyiş olmadığı halda görmək niyyətində olduğu tədbirlər səbəb olub.

Söhbət Rusiyaya qarşı mümkün sanksiyalardan gedir.

Vaşinqtonda NATO-nun baş katibi Mark Rutte ilə görüşdə Tramp 50 gün ərzində Ukraynadakı vəziyyətin həllində irəliləyiş olmayacağı təqdirdə Rusiya mallarına 100% gömrük rüsumlarının tətbiq ediləcəyini açıqlayıb.

O, həmçinin Kiyevi dəstəkləmək üçün 17 Patriot sistemini Avropaya çatdıracağına söz verib.