15 iyul 2025 14:12
141

İraqda PUA zərbəsindən sonra neft hasilatı dayandırılıb

İraq Kürdüstanında "Sərsəng" neft yatağında partlayış baş verib və orada hasilatı dayandırıb.

“İki sahil” "Reuters"ə istinadla xəbər verir ki, İraq Təbii Sərvətlər Nazirliyi partlayışın pilotsuz təyyarənin endirilməsi nəticəsində baş verdiyini bildirib.

Nazirlik hadisəni “terror hücumu” adlandırıb.

Hadisəyə görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Təhlükəsizlik mənbələri Reuters-ə bildiriblər ki, PUA İranın dəstəklədiyi silahlı qüvvələrin nəzarətində olan ərazidən buraxılıb. Yataqda işləyən neft mühəndisinin sözlərinə görə, ərazidə tüstü görünüb.