Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tyantszində iranlı həmkarı Abbas Əraqçi ilə görüşündə İranın nüvə proqramı üzrə razılaşmanın əldə olunması yollarını müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Tehran Moskvadan ABŞ və İsrailin hücumları nəticəsində zədələnmiş obyektlərin bərpasına kömək istəməyib.
Sergey Lavrov ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib: “Biz İran İslam Respublikasında çoxdan qəbul edilmiş qərarlara hörmətlə yanaşaraq, sülh yolu ilə siyasi və diplomatik vasitələrlə əldə olunacaq həlli təmin etmək üçün real yanaşmaları müzakirə etdik”.