03 iyul 2025 12:38
119

Yaxın vaxtlarda Tramp və Zelenski arasında telefon danışığı olacaq - "Politico"

ABŞ və Ukrayna nümayəndələri prezidentlər Donald Tramp və Vladimir Zelenski arasında telefon danışığına hazırlıq gedir. 

“İki sahil” "Politico"ya istinadla xəbər verir ki, danışı yaxın vaxtda baş tutacaq.

Nəşrin mənbələrinin məlumatına görə, tərəflər danışıqları iyulun 1-də planlaşdırmağa başlayıblar. Məhz o zaman Amerikadan bəzi silahların Ukraynaya çatdırılmasının dayandırılması ilə bağlı xəbərlər yayılmağa başlayıb.

Mənbələr iddia edir ki, nə Kiyev, nə də Brüssel belə bir qərarla bağlı əvvəlcədən xəbərdarlıq almayıb və dəqiq səbəbləri bilmirlər.