Pentaqonun Ukraynaya hərbi yardımı dayandırmaq qərarı konqresmenləri şoka salıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən yazır.
"Mən hətta əmin deyiləm ki, Rubio bu məsələ ilə bağlı məsləhətləşib", - deyə, konqresmen Maykl Makkol bildirib.
Onun sözlərinə görə, bu fonda Ağ Evdə daxili fikir ayrılıqları var.
Bir gün əvvəl “The New York Times” ABŞ-ın Ukraynaya sursat tədarükünü bir neçə ay müddətinə dayandırdığını yazmışdı.