12 iyun 2025 13:26
175

Hindistanda təyyarə qəzası

Hindistanda baş verən təyyarə qəzasında ölən və yaralılarla bağlı hələlik rəsmi məlumat yoxdur.

“İki sahil” Hindistan mətbuatına istinadla xəbər verir ki, qəzaya uğrayan geniş gövdəli “Boeing 787 Dreamliner” təyyarəsi təxminən 300 sərnişin tutumuna malik olub.

Xilasetmə işlərini həyata keçirmək üçün qəza yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşınları göndərilib.

***

Hindistanda sərnişin təyyarəsi qəzaya uğrayıb.

“İki sahil” Hindistan mediasına istinadla xəbər verir ki, hadisə ölkənin Əhmədabad şəhəri yaxınlığında baş verib.

Təyyarə yerli vaxtla saat 13:38-də havaya qalxıb və havaya qalxdıqdan 5 dəqiqə sonra hava limanı yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin qəzaya uğramasından sonra Əhmədabad hava limanı bağlanıb.

İlkin məlumata görə, təyyarənin göyərtəsində 200-dən çox sərnişin olub.