09 iyun 2025 21:37
85

TÜRKPA-nın Astanada keçiriləcək 14-cü iclasında müzakirə olunacaq məsələlər açıqlanıb

2025-ci il iyunun 11-12-də Astanada Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) “TURKTIME: parlament diplomatiyasının rolu” mövzusunda 14-cü plenar iclası keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinq zamanı məlumat verib.

Onun sözlərinə görə, tədbirdə TÜRKPA-ya üzv ölkələr olan Azərbaycan, Qırğızıstan və Türkiyənin parlament sədrləri, eləcə də digər üzv dövlətlərin nümayəndələri iştirak edəcəklər.

“İclas çərçivəsində əsas diqqət parlamentlərarası əməkdaşlıq məsələlərinə və türk dövlətləri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinə yönələcək. Məqsəd birgə işin səmərəliliyini artırmaq və regionda strateji tərəfdaşlığın inkişafına töhfə verməkdir”, – deyə Smadiyarov bildirib.