09 iyun 2025 23:50
97

NATO baş katibi alyans ölkələrinin hərbi istehsalının artırılmasına çağırıb

NATO-nun baş katibi Mark Rütte alyans ölkələrini hərbi istehsalı artırmağa çağırıb və əmin edib ki, bu cür təşəbbüslər iqtisadi vəziyyətə faydalı təsir göstərəcək.

“İki sahil” xəbər verir ki, bu barədə NATO-nun baş katibi Londonun "Çatem haus" analitik mərkəzində deyib.

"Müdafiə sərmayəsi ilə yanaşı, müdafiə istehsalını da artırmalıyıq. Bu, sərfəli qiymətlərlə hərbi təchizatın artırılması deməkdir", - deyə o bildirib.

Onun sözlərinə görə, NATO müdafiə istehsalına müasir texnologiyaların tətbiqinin tərəfdarıdır.

O vurğulayıb ki, alyans ölkələrin ÜDM-in 5%-ə çatdırılmalı olan müdafiə sərmayələri həm də mülki infrastrukturun, xüsusən də nəqliyyat sahəsində təkmilləşdirilməsinə gətirib çıxaracaq.