Rusiyanın Başqırdıstan Respublikasında fərdi evdə baş verən yanğın nəticəsində üç uşaq həlak olub.
“İki sahil” "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.
"Başqırdıstan FHN-ə Baltaçevo rayonunun Starobaltaçevo kəndində taxta verandalı fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi zamanı evdə 16, 9 və 3 yaşlı uşaqların meyitləri aşkar edilib", - nazirlikdən bildirilib.
Yanğının səbəbləri nazirliyin regional baş idarəsinin işçi qrupu, müstəntiqlər və yanğın-sınaq laboratoriyasının eksperti tərəfindən müəyyən ediləcək.