ABŞ Prezidenti Donald Tramp maliyyə naziri Skot Bessent və komandasına Londonda ABŞ-Çin danışıqları ərəfəsində bəzi ixrac məhdudiyyətlərinin aradan qaldırılması imkanlarını Pekinlə müzakirə etməyi tapşırıb.
“İki sahil” xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, təyyarə mühərrikləri və onlar üçün komponentlər, mikroçiplərin istehsalı üçün proqram təminatı, eləcə də plastik məmulatların istehsalında istifadə olunan təbii qazın tərkib hissəsi olan etan kimi malların Çinə ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması imkanları nəzərdən keçirilir. Bu çatdırılmalara məhdudiyyətlər əvvəllər rəsmi olaraq elan edilməyib.
Mənbələr bildiriblər ki, strategiya ABŞ sənayesinin etibar etdiyi nadir torpaq elementlərinə Çinin ixrac nəzarətinin təsirini əks etdirir.
Qeyd edək ki, ABŞ və Çin nümayəndə heyətləri arasında danışıqların gələn həftə Londonda keçirilməsi planlaşdırılır.