“II Qaregin subaylıq andını pozub. Onun övladı var. Bu bir faktdır və əgər özü bunu inkar etməyə çalışsa, lazımlı formatda sübut edəcəyəm”.
“İki sahil” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katalikosu II Qaregin haqqında növbəti paylaşımında yazıb.
Baş nazir bildirib ki, o, yepiskop ola, seçilə və katolikos ola bilməz. Paşinyan bu fikirlərinin ardınca II Qaregini istefaya səsləyib:
“Erməni Apostol Kilsəsinin inanclı davamçısı kimi, deyirəm ki, kilsənin yeni katolikosu seçilənədək onu əvəzləyən yeni yepiskopu təyin etməliyik. Kilsəsinin sadiq davamçılarını müqəddəs bir ruhaninin bütün ermənilərin katolikosu seçilməsi məsələsi ətrafında birləşməyə çağırıram”.
Xatırladaq ki, bu, kilsə xadimləri və Baş nazir arasındakı ilk belə qalmaqal deyil. Belə ki, daha əvvəl də, Paşinyan kilsəni “toyuq hini”nə bənzədərək tənqid etmişdi.