Kaliforniya qubernatoru Qevin Nyusom etirazları yatırtmaq üçün Los-Ancelesə Milli Qvardiya qoşunlarının yerləşdirilməsi əmrinə görə ABŞ prezidenti Donald Trampı məhkəməyə verəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Q.Nyusom "X" sosial şəbəkəsində yazıb. "O, yanğınları başladıb və qanunsuz olaraq Milli Qvardiyanın federallaşdırılması haqqında qərar verib. Onun imzaladığı sərəncam yalnız Kaliforniyaya aid deyil. Biz onu məhkəməyə veririk", - deyə o bildirib.
Ağ Ev isə öz növbəsində Kaliforniya qubernatorunun D.Trampın qeyri-qanuni miqrantları həbs etməklə ştatda böhrana səbəb olması barədə açıqlamalarını rədd edib.