08 iyun 2025 15:22
91

Lui van Qal “Mançester Yunayted”i futbol klubu hesab etmir

Niderlandlı mütəxəssis Lui van Qal “Mançester Yunayted”i futbol klubu hesab etmədiyini bildirib.

“İki sahil” xəbər verir ki, tanınmış məşqçi “Sky Sports” nəşrinə açıqlamasında Mançester təmsilçisini kommersiya klubu adlandırıb.

O, “qırmızı şeytanlar”ın transfer siyasətini də tənqid edib: “Bunu əvvəllər də demişəm. Komandaya hansı futbolçuların qoşulacağına baş məşqçi qərar verməyəndə həmişə çətin olur. Düşünürəm ki, oyunçuları məşqçi seçməlidir. Çünki komanda zəif çıxış edəndə birinci onu qovurlar. Amma futbolçunu başqaları transfer edəndə baş məşqçi üçün problem var”.

Qeyd edək ki, Lui van Qal 2014-2016-cı illərdə “Mançester Yunayted”in baş məşqçisi olub.