17 iyun 2026 08:33
135

Lionel Messinin het-triki Argentinaya qələbə qazandırıb

Futbol üzrə dünya çempionatında Argentina Əlcəzairə qalib gəlib.

“İki sahil” xəbər verir ki, Kanzas stadionunda keçirilən J qrupunun matçında Argentina 3:0 hesabı ilə qələbə qazanıb.

Hər üçün qol komandanın lideri və kapitanı Lionel Messinin aktivinə yazılıb. O, 17, 60 və 76-cı dəqiqələrdə diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, bu qrupun digər oyununda saat 08:00-da Avstriya İordaniya ilə üz-üzə gələcək.