17 iyun 2026 10:57
94

Paralimpiyaçılarımızdan Tunis Qran-Prisində növbəti medal

Tunisin eyniadlı paytaxtında Paraatletika üzrə Beynəlxalq Qran-Pri davam edir.

“İki sahil” xəbər verir ki, paralimpiya çempionu paraatletimiz Oloxan Musayev nüvəitələmə yarışında F55 kateqoriyasında 11.64 metr nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib və gümüş medal qazanıb. Qeyd edək ki, daha əvvəl milli komandamızın digər üzvü Rüfət Rəfiyev də F36 kateqoriyasında gümüş medala sahib olub.

16-19 iyun tarixlərində keçirilən Tunis Qran-Prisində ölkəmizi nüvəitələmə növü üzrə Oloxan Musayev (F55), Elvin Astanov (F53), Samir Nəbiyev (F57), Ömər Bozbaxov (F57) və Rüfət Rəfiyev (F36) təmsil edirlər. Samir Nəbiyev və Ömər Bozbaxov nüvəitələmə ilə yanaşı, diskatma yarışlarında da qüvvələrini sınayacaqlar.