Pakistanın neft naziri Əli Pervaiz Malik və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakıda keçirilən görüşdə enerji əməkdaşlığının genişləndirilməsi məsələlərini müzakirə ediblər.
“İki sahil” bu barədə Pakistanın Neft Nazirliyinin sosial şəbəkələrdəki məlumatına istinadla xəbər verir.
"Tərəflər görüşdə ikitərəfli enerji əməkdaşlığının genişləndirilməsi və neft-qaz sektorunda qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin araşdırılması məsələlərini müzakirə ediblər", - məlumatda qeyd olunub.