Qazaxıstanda 76 milyon ton karbohidrogen rezervlərimiz var. Bu sahədə böyük potensial var.
“İki sahil” xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı “KazMunayGas” İdarə Heyətinin sədri Asxat Xasenov deyib.
O bildirib ki, ikinci strateji sahə petrokimya sahəsidir.
“Biz həm yerli bazarı təmin etməliyik, həm də daha dəyərli məhsul istifadə edilməlidir. Karbonsuzlaşma gündəliyinə baxsaq, bizim SOCAR-la çox yaxşı partnyorluğumuz var. İnanıram ki, qısa zamanda bu sahədə əməkdaşlığımız öz nəticələrini verəcək. Bərpaolunan eneri layihələri bizim üçün mühüm əhəmiyyət kəsb edir. Dəmirlə titaniumun birləşməsindən hidrogen saxlancı üçün istifadə edirik. İnanıram ki, biz beynəlxalq bazarlarda əsas enerji təminatçılarından biri olacağıq. SOCAR da bu istiqamətdə bizə lazımi köməyini göstərir, dəstəyini əsirgəmir, - deyə A.Xasenov qeyd edib.